Ru
16:32 / 30 Sentyabr 2022

Putin Ukraynanın dörd vilayətinin Rusiyaya birləşdirildiyini elan etdi - VİDEO

3751
Kreml Sarayının Böyük Georgievski zalında Rusiya Prezidenti Vladimir Putin Federal Məclisdəki çıxışına başlayıb.


Bakupost.az Rusiya KİV-ə istinadla xəbər verir ki, Vladimir Putin dörd yeni ərazinin - Luqansk, Donetsk, Xerson və Zaporojye vilayətlərinin Rusiyaya birləşdirildiyini elan edib.

Rusiya prezidenti deyib ki, “Donetsk və Luqansk Xalq Respublikaları”, eləcə də Ukraynanın Xerson və Zaporojye vilayətlərinin sakinləri öz seçimlərini ediblər.


“İnsanlar öz seçimini ediblər, birmənalı seçimini”, - Putin deyib.


O, həmçinin əmin olduğunu bildirib ki, Federal Məclisin palataları “Donetsk və Luqansk Xalq Respublikaları”, habelə Xerson və Zaporojye vilayətlərinin Rusiyaya birləşməsi ilə bağlı konstitusiya qanunlarını qəbul edəcəklər. O, bəyan edib ki, Ukraynanın bu vilayətlərinin sakinlərinin öz müqəddəratını təyinetmə hüququ var və bu, BMT Nizamnaməsinin birinci maddəsi ilə təmin edilir.


O, SSRİ-nin dağılmasını "insanların fikrini soruşmayan partiya elitasının qərarı" adlandırıb. Putin bəyan edib ki, Rusiya Sovet İttifaqının bərpasına can atmır, buna ehtiyac yoxdur. “Sovet İttifaqı yoxdur, keçmiş yoxdur. Bəli, bu gün Rusiyanın buna ehtiyacı yoxdur, biz buna çalışmırıq", - deyib.


Qeyd edək ki, Putinin çıxışından sonra Rusiya Federasiyasına dörd yeni subyektin qəbulu haqqında sazişlər imzalandı.





Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər