Ru
09:48 / 20 İyun 2022

Putin xəstələnib, Rusiyada hərbi çevriliş gözlənilir - PROQNOZ

14580
“Ukrayna ordusu hazırda böyük əməliyyata hazırlaşır. Müharibənin taleyi avqust ayında daha dəqiq bilinəcək. Üzü payıza doğru isə Rusiyaya qarşı sanksiyalar artacaq, eyni zamanda orada hərbi və dövlət çevrilişi gözlənilir”.



Bu sözləri Bakupost.az -a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədr müavini, politoloq Teymur Qasımlı deyib.


Politoloq Qərbin Ukraynanın tədricən, hissə-hissə silahlandırılması məsələsini şərh edib:




“Qərb Ukraynanın silahlandırılmasını ona görə gec-gec edir ki, burada hər bir dövlətin öz maraqları var. Əgər ABŞ olmasa, Qərb dövlətlərininin heç biri Ukraynaya yardım etməz. Qərb dövlətləri Vaşinqtonun təzyiqi ilə Ukraynaya yardım edir. Eyni zamanda, hamı öz maraqları çərçivəsində Rusiya-Ukrayna müharibəsinin gedişatını izləyir.


Rusiya faktorunu da unutmamaq lazımdır. Çünki Avropanın, demək olar, çox ölkəsi Rusiya enerjisindən asılıdır. Ancaq müharibənin ilk günlərindən başlayaraq Ukrayna xalqının qəhrəmancasına döyüşməsi, uğurlu döyüş aparmasından sonra Qərb tədricən yardımları artırır. Lakin Berlin, Paris və Roma Ukraynaya tam dəstək vermir”.


T.Qasımlı Kiyev, Vaşinqton və London üçbucağının yaranacağını istisna etməyib:


“Əgər müharibədə Ukrayna qalib gələcəksə, Kiyev, Vaşinqton və London üçbucağı olacaq. Hətta Varşavanı da bura daxil etsək, bu, təhlükəsizlik sistemi olacaq. Dünya nizamında, o cümlədən, Avropanın gələcəkdəki taleyində bu sistemin rolu olacaq. Ona görə də Berlin, Paris və Roma bundan narahatdır. Konkret olaraq Vaşinqton və Londonun Avropada söz sahibi olmasını istəmirlər. Onlar Ukraynaya deyir ki, torpaq ver, barış və s. Bu mənada Qərbin Ukraynanı silahlandırmaq məsələsinin əsas siyasi tərəfləri bundan ibarətdir. Qərb, xüsusilə, Vaşinqton öz dövlət maraqları çərçivəsində Ukraynanı silahlandırır, yardım edir. Amma silahların nə dərəcədə yararlı və ya yararsız olmasını Ukrayna dövlətinin rəsmiləri bilir. Son zamanlarda bəzi proseslər göstərir ki, Kiyevə əsas Vaşinqtonla London silah tədarükündə kömək edir”.


Politoloq Rusiya-Ukrayna cəbhəsində son durumu şərh edib:


“Cəbhədə son durum bundan ibarətdir ki, nə Ukrayna, nə Rusiya qalib gələ bilir. Rusiya bu bataqlığa daxil olub və çıxa bilmir. Atəşkəs də gündəmdə deyil. Hələlik cəbhədə kimin qalib olacağı da bilinmir. Zelenski bildirir ki, 20% torpalarımız işğal altındadır. Bəzi ərazilərdə Ukrayna irəli gedir, bəzilərində Rusiya irəli gedir, yaxud da çıxarılır. Müharibənin taleyi Luqansk, Donbas ətrafında, əsasən işğal olunan ərazilər azad olunandan sonra həll olunacaq. Ukrayna ordusu hazırda böyük əməliyyata hazırlaşır. Müharibənin taleyi avqust ayında daha dəqiq bilinəcək. Üzü payıza doğru Rusiyaya qarşı sanksiyalar artacaq, eyni zamanda orada hərbi və dövlət çevrilişi gözlənilir. Vladimir Putinin səhhətində problemlər var. Ən önəmlisi də gələn sanksiyaların şiddəti artacaq, Rusiya iqtisadiyyatının çöküşünə gətirib çıxaracaq”.


Fəridə
Baku Post
Şərhlər
  • t.ədalət

    Rusiya hakimiyyətinin əksər üzvləri xəstədir.Özgə torpaqların işğalı,minlərlə dinc sakimlərin qətli həmin "xəstəliyin" təzahürləridir.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər