Əməkdar artist Firuzə İbadova təxminən iki həftə əvvəl ağır vəziyyətdə xəstəxanaya aparılıb. Sənətçinin qızı Hülya anasının əməliyyat olunduğunu və reanimasiyaya yerləşdirildiyini bildirib.
F.İbadovanın son durumu ilə bağlı
“Bakupost”a açıqlama verən meneceri onun artıq xəstəxanadan evə buraxıldığını deyib.
Menecerin sözlərinə görə, Firuzə İbadovanın müalicəsi davam etdirilir:
“Xəstəxanadan çıxıb, evdədir. Vəziyyəti hələlik orta-stabildir. Müalicəsi davam edir, həkim nəzarətindədir. Ümid edək ki, yaxşı olacaq”.
Lalə Novruz, BakuPost