Ru
13:55 / 14 Sentyabr 2022

Qafqazda böyük güclərin oyunu davam edir - Millət vəkili

Qafqazda böyük güclərin oyunu davam edir - Millət vəkili
Eye

“Ermənilərə vədlər verib, onları xam xəyallarla yaşadan qüvvələr yenə münaqişəni alovlandırır. Düşmən tək deyil, havadarları həddindən artıq çoxdur və Azərbaycana qarşı ümumi cəbhə açıblar. Azərbaycan xalqı olaraq dəmir yumruq kimi bir olmalıyıq ki, zərbələrimiz ağır olsun”.


Bu fikirləri Bakupost.az -a millət vəkili Elman Məmmədov ermənilərin sərhəddə genişmiqyaslı təxribatı ilə bağlı danışarkən deyib:


Millət vəkili hesab edir ki, Ermənistandan alət kimi istifadə edən qüvvələr var:


“Ermənistanı şirin vədlərlə ruhlandıran, maliyyələşdirən və silahlandırıb oyunçu kimi istifadə edən qüvvələr var. Burada yalnız Rusiyanın maraqlarından söhbət getmir. Rusiya ilə Qərb arasında bugünkü düşmənçilik vəziyyəti və dünyanın müxtəlif bölgələrinə nəzarət uğrunda gedən mübarizə əsas amildir. Yəni, Rusiya öz nüfuzunu Cənubi Qafqazda qoruyub saxlamaq üçün müxtəlif vasitələrə əl atır. Eyni zamanda Rusiyanı Cənubi Qafqazdan çıxarıb bu bölgəyə nəzarət etmək istəyən ABŞ və Avropa mövcuddur. Yəni, Rusiya ilə Qərb arasında strateji mübarizə bizim bölgədə münaqişənin qalmasına səbəb olur. Burada hərənin öz maraqları var. Hətta cənub qonşumuz İranın da özünəməxsus, bizə xoş olmayan maraqları var. Bütün bu xarici güc mərkəzlərinin əlində tarix boyu alət kimi istifadə olunan ermənilər və Ermənistan hazırda da istifadə olunur. Nəticə də bəllidir: Azərbaycan-Ermənistan arasında gərginlik və müharibə vəziyyəti".


E.Məmmədov qeyd edib ki, Azərbaycan Ordusu Ermənistanın təxribatlarına layiqli cavab verir:


"Çox təəssüf ki, şəhidlərimiz də var. Ermənilər silah-sursat, canlı qüvvə cəhətdən 8-10 qat çox itki verib. Onlar bundan nəticə çıxarmalıdır. Hazırda Azərbaycan-Ermənistan sərhədində gərginlik davam edir. Bu gərginlik heç səngiməyib. 44 günlük Vətən Müharibəsi başa çatandan sonra demək olar ki, hər gün Ermənistan tərəfindən təxribatlar törədilib. Son 15-20 gün ərzində bu vəziyyət daha da intensivləşib. Burada əsas məqsəd sülh sazişinin imzalanmasının uzadılması, öhdəliklərin yerinə yetirilməməsdir. Azərbaycan haqq və ədalətli mövqedədir. Bizə qarşı olan qüvvələri dəf etmək üçün birliyimiz daha da mükəmməl olmalıdır. Hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı, xaricdə yaşayan azərbaycanlı bacı-qardaşlarımız bu məsələdə birlik göstərməli və yekdil fikirlər səsləndirməlidir”.




Fəridə
Baku Post

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar