Ru
23:40 / 05 Noyabr 2022

“Qalatasaray” “Beşiktaş”a qalib gəldi

5093
Futbol üzrə Türkiyə Super Liqasında İstanbul derbisi baş tutub.


Bakupost.az xəbər veir ki, XIII tura təsadüf edən oyunda "Beşiktaş" "Qalatasaray"ın qonağı olub. NEF stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.


Hesabı 18-ci dəqiqədə "sarı-qırmızılılar"dan Mauro İkardi açıb. 28-ci dəqiqədə "qara qartallar"ın hücumçusu Cenk Tosun tarazlığı bərpa edib. Matçda son nöqtəni də İkardi qoyub. 59-cu dəqiqədə fərqlənən argentinalı forvard komandasına vacib qələbə qazandırıb.


Bu nəticədən sonra xallarını 24-ə çatdıran "Qalatasaray" 2-ci pilləyə yüksəlib. 22 xalı olan "Beşiktaş" 5-cidir. Turnir cədvəlinə 26 xalla "Fənərbağça" başçılıq edir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər