Ru
23:04 / 28 Oktyabr 2024

Qalatasaray" "Beşiktaş"ı məğlub etdi

Qalatasaray" "Beşiktaş"ı məğlub etdi
Eye

Türkiyə Superliqasında "Qalatasaray" "Beşiktaş"a qalib gəlib.

Bakupost.az xəbər verir ki, "Rams Park"da keçirilən qarşılaşma 2:1 hesabı ilə meydan sahiblərinin qələbəsi ilə başa çatıb.

Hesabı 13-cü dəqiqədə "sarı-qırmızılar"dan Davinson Sançes açıb. 67-ci dəqiqədə Viktor Osimhen fərqi iki topa yüksəldib. 90+4-cü dəqiqədə Ernest Mucinin vurduğu qol isə yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, "sarı-qırmızılar" on matçdan sonra 28 xalla liderdir. Doqquz oyuna 20 xal toplayan qonaqlar 4-cü pillədə qərarlaşıb.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar