Ru
20:09 / 30 İyul 2022

"Qarabağ" - "Ferentsvaroş" oyununa bilet qiymətləri məlum oldu

"Qarabağ" - "Ferentsvaroş" oyununa bilet qiymətləri məlum oldu
Eye

"Qarabağ"ın avqustun 3-də "Ferentsvaroş" (Macarıstan) oyununun biletləri sabah saat 11:00-dan etibarən satışa çıxarılır.


Bakupost.az xəbər verir ki, bu barədə klubun "Facebook" hesabında qeyd olunub.


"UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Ferentsvaroş" (Macarıstan) oyununun biletləri sabah - iyulun 31-i saat 11:00-dan satışa çıxarılacaq.


Biletlərin qiyməti müvafiq olaraq 5, 10, 20, 50 və 75 manat təşkil edir", - məlumatda deyilir.


Azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika stadionun kassalarından, "Iticket.az-"n satış məntəqələri və Park Bulvardakı "Qarabağ" FK-nın Fan-Şopundan, eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərindən əldə edə bilər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar