UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunda baş tutacaq “Tottenhem” (İngiltərə) – "Qarabağ" matçından əvvəl komandaların start heyətləri açıqlanıb.
Bakupost.az -ın məlumatına görə "Tottenhem Hotspur" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:
“Qarabağ”: Mateuş Koxalski, Mateus Silva, Bəhlul Mustafazadə, Cəfərquliyev, Toral Bayramov, Julio Romao, Patrik Andrade, Leandro Andrade, Yassin Benzia, Abdullah Zubir, Juninyo
“Tottenhem”: Qulelmo Vikario, Van de Ven Mikki, Brennan Conson, Dominik Solanke, Radu Drequşin, İv Bissuma, Arçi Qrey, Lukas Berqvall, Pap Matar Sarr, Ben Devis, Son Hın Min
***
“Tottenhem” (İngiltərə) – "Qarabağ" oyunu başladı.
***
“Tottenhem” 7-ci dəqiqədə azlıqda qalır. London təmsilçisinin futbolçusu Draqusin Juninyonun qapıçı ilə təkbətək çıxmasının qarşısını kobudluqla aldığı üçün qarşısında qırmızı vərəqə görür.
***
22-ci dəqiqədə meydan sahibləri hesabı açır: 1:0.
***
Birinci hissə başa çatdı
***
İkinci hissə başladı.
***
53-cü dəqiqədə “Tottenhem” hesabı 2:0 edir. Sarr fərqlənir.
***
58-ci dəqiqədə Toral Bayramov penaltini dəqiq yerinə yetirə bilmir.
***
68-ci dəqiqədə “Tottenhem”dən daha bir qol. Solanke hesabı 3:0 edir.
***
Oyun başa çatdı. “Qarabağ” 0:3 hesabı ilə məğlub oldu