Bakıda yağışlı hava şəraitinə baxmayaraq, bir qrup süpürgəçinin yollarda işlədildiyi iddia olunur.
“Bakupost” xəbər verir ki, bu barədə Haldun Novruzzadə adlı vətəndaş sosial şəbəkədə paylaşım edib.
O, Heydər Əliyev prospektində çəkdiyi fotonu paylaşaraq Nizami Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin işçilərə yağış altında yol süpürtdürdüyünü bildirib.
“Çöldə leysan var, Nizami Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi insanları Heydər Əliyev prospektinə töküb yol süpürtdürür. Gəlib keçən avtomobillər suyu onların üstünə vurur, göz-gözü görmür. Hansısa maşın bu adamlardan birini vursa, təqsir birbaşa Nizami Rayon İcra Hakimiyyətinin başçısının olacaq. Biabırçılıqdır, vallah”, - deyə paylaşım sahibi bildirib.
Lalə, BakuPost