Ru
15:49 / 08 Sentyabr 2026

İpoteka kreditləri niyə azalır? – Süni qiymət artımı hamıya zərbə vurur

İpoteka kreditləri niyə azalır? – Süni qiymət artımı hamıya zərbə vurur
Eye

“Azərbaycanda ipoteka kreditləri üzrə portfelin azalmasının əsas səbəblərindən biri əhalinin alıcılıq qabiliyyətinin zəifləməsidir”.

Bu sözləri “Bakupost”a nank-maliyyə eksperti Əkrəm Həsənov deyib. O bildirib ki, ipoteka kreditləri portfeli yalnız yeni verilən kreditləri deyil, əvvəlki illərdə verilmiş kreditləri də əhatə edir. Buna görə də portfeldəki azalma təkcə yeni kreditlərin sayının azalması ilə bağlı deyil.


Ekspertin sözlərinə görə, son dövrdə ipoteka kreditlərini ödəyə bilməyən vətəndaşların sayı artır. Bu səbəbdən bəzi ipoteka müqavilələrinə vaxtından əvvəl xitam verilir. Bu, məhkəmə yolu ilə və ya tərəflərin könüllü razılığı əsasında həyata keçirilə bilər. Nəticədə bank tərəfindən əvvəllər verilmiş kredit də portfeldən çıxır və ümumi ipoteka portfeli azalır.

Ə.Həsənov qeyd edib ki, əhalinin alıcılıq qabiliyyətinin zəifləməsi yeni ipoteka kreditlərinin götürülməsinə də mane olur. Belə ki, bir çox vətəndaş ipoteka kreditlərinin tələblərinə cavab verə bilmir.

Ekspert mənzil qiymətlərinin artmasının da bu prosesdə rol oynadığını bildirib. Onun sözlərinə görə, xüsusilə yeni tikililərdə qiymət artımı müşahidə olunur. Ə.Həsənov bu artımın müəyyən hissəsinin süni olduğunu qeyd etsə də, bunun insanların mənzil almaq imkanlarına təsir etdiyini vurğulayıb.

“Əsas səbəb insanların alıcılıq qabiliyyətinin düşməsidir. İnsanlar ya yeni kredit götürə bilmirlər, ya da əvvəl götürdükləri kreditləri qaytara bilmirlər”, – ekspert bildirib.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar