Türkiyədə toyunda gəlinə taxılan kilolarla qızılla gündəmə gələn, “Vanlı Kara Haydar” ləqəbi ilə tanınan Mehmet Fatih Tançalan saxlanılıb.
“Bakupost” Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, həftəsonu sosial media fenomeni Çağla Özlə Vanda evlənib.
Toy mərasimində gəlinə başdan-ayağa, tacından ayaqqabısına qədər qızıl taxılması diqqət çəkib və görüntülər sosial mediada geniş yayılıb.
Toydan sonra Tançalan barəsində araşdırma başladılıb. Onun dövlətin qurum və orqanlarının alçaldılması ilə bağlı Türkiyə Cinayət Məcəlləsinin 301-ci maddəsi çərçivəsində araşdırmaya cəlb edildiyi bildirilib.
Tançalan gecə saat 03:00 radələrində Vanın Muradiyə rayonundakı evində saxlanılıb. Şübhəli Van Vilayət Polis İdarəsinin Asayiş Şöbəsinin əməkdaşları tərəfindən polis bölməsinə aparılıb.
Van Respublika Baş Prokurorluğunun başlatdığı araşdırma çərçivəsində Tançalanın daha əvvəl 25 cinayət qeydinin olduğu da müəyyən edilib.
Qeyd edək ki, adıçəkilən toyda azərbaycanlı bloqerlər də iştirak edib.