“Apple” “iOS 27” yeniləməsi ilə “iPhone” kamerasına peşəkar çəkiliş alətləri və yeni manual idarəetmə funksiyaları əlavə etməyə hazırlaşır.
“Bakupost” xəbər verir ki, yeniliklər arasında ekspozisiyanı daha dəqiq idarə etməyə imkan verən histogram və dalğa forması, həmçinin fokuslanmanı asanlaşdıran “focus peaking” funksiyası olacaq.
Yeni versiyada taymer funksiyası da təkmilləşdiriləcək. İstifadəçilər çəkilişlər arasında gözləmədən ardıcıl bir neçə foto çəkə biləcəklər.
Fokusun əl ilə tənzimlənməsi imkanlarının da artırılacağı bildirilir. Bununla yanaşı, bəzi yeni kamera funksiyalarının yalnız gələcək “iPhone” modellərində əlçatan olacağı gözlənilir.
Vüsalə Hüseynova,
BakuPost