Ru
14:10 / 08 Sentyabr 2026

Bakıda kirayə ev axtaran tələbələr üçün vacib açıqlama: Bu tarixdən...

Bakıda kirayə ev axtaran tələbələr üçün vacib açıqlama:  Bu tarixdən...
Eye

Rayonlardan Bakıya universitetə qəbul olan tələbələrin qarşılaşdığı əsas problemlərdən biri də kirayə ev tapmaqdır. Xüsusilə yeni tədris ilinin başlaması ilə paytaxtda kirayə mənzilə tələbatın artması qiymətlərin yüksəlməsinə səbəb olub.
Əvvəllər BDU və ətraf universitetlərdə təhsil alan tələbələr nisbətən münasib qiymətə ev kirayələyir, metro vasitəsilə universitetə gedib-gəlirdilər. Metronun bağlanması isə vəziyyəti daha da çətinləşdirib. Tələbələr universitetlərə yaxın ərazilərdə ev axtarmağa məcbur olduqlarından bəzi ev sahibləri də yaranmış vəziyyətdən istifadə edərək qiymətləri artırıblar. Nəticədə 2-3 tələbənin birləşərək münasib qiymətə normal ev tapması belə mümkünsüzləşib.

Bəs rayonlardan Bakıya təhsil almağa gələn tələbələr nə etməlidir?

Mövzu ilə bağlı “Bakupost”a əmlak eksperti Elnur Azadov bildirib ki, tələbələr hər il bu problemlə üzləşirlər. Onun sözlərinə görə, bu dövrdə kirayə qiymətləri əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə yüksək olur:

“Qiymətlər hətta bazar qiymətindən 20-25 faiz yüksək olur. Bu səbəbdən ev tapmaq ciddi problemə çevrilir. Birinci kurs tələbələri bundan daha çox əziyyət çəkirlər. Yuxarı kurs tələbələri isə nisbətən təcrübəlidirlər. Onlar bir-birləri ilə əlaqə yaradaraq ev tapa bilirlər, yaxud əvvəlcədən bununla bağlı tədbirlər görürlər. Hətta son illərdə bəzi tələbələrin yaşadıqları evləri boşaltmadığı da müşahidə olunur. Belə bir tendensiya yaranıb.
Çıxış yolu sentyabr ayının sonuna kimi qohumların və yaxınların evində qalaraq bu müddəti keçirmək, oktyabrdan isə ev axtarışına başlamaqdır. Müvəqqəti də olsa, Bakıdan kənarda yerləşən ərazilərdə qalmaq olar”.

Lalə, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar