Qarabağ Universitetinin loqosunun hazırlanması üzrə iyul ayının 4-dən 17-dək elan edilən müsabiqə çərçivəsində daxil olmuş 450-dən artıq loqo təklifi müvafiq qaydada dəyərləndirilib.
Bakupost.az xəbər verir ki, seçilmiş 5 loqo ictimaiyyətin müzakirəsinə təqdim edilib.
Müzakirələrdən sonra 5 loqodan biri qalib elan ediləcək.