Ru
15:04 / 06 Dekabr 2022

Qarabağdan qanunsuz ixrac... - Tofiq Zülfüqarovdan açıqlama

6217
“Mən əvvəllər də demişəm ki, Laçın dəhlizi ilə giriş-çıxış Azərbaycan qanunları əsasında təmin olunmalıdır”.


Bunu Bakupost.az -a açıqlamasında sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov bu günlərdə Laçın dəhlizinin Azərbaycan tərəfindən 3 saatlıq bağlanmasını şərh edərkən deyib.


T.Zülfüqarov qeyd edib ki, Laçın dəhlizi qeyri-qanuni davranış səbəbindən Azərbaycan dövlət qurumunun əməkdaşları tərəfindən bağlanıb:


“Laçın dəhlizi vasitəsilə Azərbaycan torpaqlarında çıxarılan faydalı qazıntılar, qızıl qanunsuz olaraq xaricə ixrac edilirdi. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də bu qeyri-qanuni ixracın qarşısını aldı. Biz 10 noyabr sənədinə uyğun olaraq öz öhdəliklərimizin üstündə dururuq və orda Azərbaycan qanunlarının icrasını təmin edirik. Hazırda həmin ərazidə Azərbaycana məxsus bir sıra dövlət qurumları fəaliyyət göstərir. Sülhməramlılar isə orda müvəqqəti olaraq təhlsükəsizliyi təmin etməlidir”.

Günel
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər