Ru
17:32 / 30 Oktyabr 2024

"Qarabağ"ın 2 matçını bu kanal yayımlayacaq

"Qarabağ"ın 2 matçını bu kanal yayımlayacaq
Eye

"Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsində iki oyunu İctimai televiziyada canlı yayımlanacaq.

Bakupost.az xəbər verir ki, bu barədə telekanalın rəsmi Feysbuk səhifəsi məlumat yayıb.

"İTV" noyabrın 7-də Norveçdə "Bodo Qlimt"lə və gələn il yanvarın 31-də Yunanıstanda "Olimpiakos"la keçiriləcək səfər matçlarını birbaşa nümayiş etdirəcək.

Telekanalın İdman Departamentinin rəhbəri Kənan Hakimov QOL.az saytına açıqlamasında məsələ ilə bağlı bildirib: "Əvvəlcədən müqavilədə belə razılaşıdırılıb ki, 2 səfər matçı "İTV"də nümayiş olunacaq. Biz də "CBC Sport" telekanalı ilə qarşılıqlı razılığa əsasən bu iki oyunu seçmişik".

Xatırladaq ki, "Qarabağ"ın digər avrokubok oyunlarının yayım hüququ "CBC Sport"a məxsusdur.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar