Ru
22:50 / 27 Avqust 2026

"Qarabağ" UEFA Konfrans Liqasında mübarizəni dayandırdı

"Qarabağ" UEFA Konfrans Liqasında mübarizəni dayandırdı
Eye

"Qarabağ" UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.


"Bakupost" xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda pley-off mərhələsinin cavab oyununda Niderlandın "Tvente" klubunu qəbul edib.


Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşmanın əsas vaxtı qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.


59-cu dəqiqədə "Qarabağ"ın heyətində Kadi Borges fərqlənərək hesabı açıb. "Tvente" 80-ci dəqiqədə Marko Pyatsanın qolu ilə tarazlığı bərpa edib. 90+2-ci dəqiqədə Maks Brüns qonaqların ikinci qolunu vurub.


Niderlandda keçirilən ilk oyunda Azərbaycan təmsilçisi 1:0 hesabı ilə qalib gəldiyindən qarşılaşmada əlavə vaxta ehtiyac yaranıb.


94-cü dəqiqədə Vaut Veqhorst "Tvente"nin daha bir qoluna imza atıb. 106-cı dəqiqədə Marko Yankoviç qırmızı vərəqə alaraq "Qarabağ"ı azlıqda qoyub. 115-ci dəqiqədə Yunes Taha hesabı 1:4-ə çatdırıb.


Beləliklə, iki oyunun nəticəsinə görə 4:2 hesabı ilə qalib gələn "Tvente" növbəti mərhələyə yüksəlib.


Ardıcıl 12 mövsüm avrokubokların əsas mərhələsində mübarizə aparan "Qarabağ"ın bu uğurlu seriyası isə başa çatıb.

***

20:21

Bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçirilməli olan “Qarabağ” – “Tvente” matçının başlama saatı dəyişib.


“Bakupost” xəbər verir ki, buna səbəb Bakıda əlverişsiz hava şəraitinin mövcud olmasıdır.

Məlumata görə, məhz bu səbəbdən qarşılaşmanın startı 15 dəqiqə gecikəcək və oyun saat 20:15-də başlayıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar