Ru
09:27 / 29 Avqust 2026

Dondurma yeyənə ayda 10 min maaş verəcək

Dondurma yeyənə ayda 10 min maaş verəcək
Eye

Dünyaca məşhur reper Snup Doq (Snoopp Dogg) tərəfindən yaradılan dondurma brendi qeyri-adi iş elanı ilə diqqət çəkib.

"Bakupost" “Qafqazinfo”ya istinadən xəbər verir ki, şŞirkət dünyanın müxtəlif ölkələrindən müraciətlər üçün açıq olan “Beynəlxalq Dondurma Dadına Baxış Eksperti” vəzifəsi üzrə işçi axtarır.

Seçiləcək şəxs üç aylıq müqavilə çərçivəsində ayda 10 min dollar qazanacaq. Bu vəzifə üçün peşəkar aşpazlıq və ya qastronomiya təcrübəsi tələb olunmur.

Vəzifə tamamilə uzaqdan həyata keçiriləcək. Dünyanın müxtəlif ölkələrindən namizədlər müraciət edə bilər.

Müraciətlər avqustun 27-də başlayıb və namizədlərə ərizələrini təqdim etmək üçün üç həftə vaxt verilib. Seçilən şəxsdən brend komandası ilə mütəmadi görüşlər keçirməsi və zərurət yarandıqda səfərlərdə iştirak etməsi gözlənilir.

İşçinin əsas vəzifəsi brendin müxtəlif dondurma məhsullarını dadmaq və onlar barədə komandaya müntəzəm rəy bildirmək olacaq. Namizəd yeni dadlar, istehlakçı trendləri və məhsul ideyaları ilə bağlı fikirlərini də şirkətlə bölüşəcək.

Brendin təqdim etdiyi imkan bununla da məhdudlaşmır. Seçilmiş dadma eksperti müxtəlif məhsulları sınayaraq onların dadı və yeni trendlərə uyğunluğu barədə qiymətləndirmələr aparacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar