Ru
20:57 / 28 Avqust 2026

Bakı metrosunda hadisə: qadın qatar yoluna düşdü

Bakı metrosunda hadisə: qadın qatar yoluna düşdü
Eye

Bu gün saat 18:40 radələrində Bakı Metropoliteninin “Əhmədli” stansiyasında sərnişin qatar yoluna düşüb.


"Bakupost" publika.az-a istinadən xəbər verir ki, hadisədən dərhal sonra təmas relsindən yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım çağırılıb. Sərnişinin stansiya yolundan çıxarılması üçün müvafiq tədbirlər görülüb. Qatar yolundan çıxarılan qadın polisə təhvil verilib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Yüksək gərginlik bərpa edildikdən sonra qatar yola salınıb. Hadisə səbəbindən intervalda 9 dəqiqəlik yubanma yaranıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar