Ru
21:13 / 15 Sentyabr 2022

"Qarabağ"ın oyununda azarkeşlərin iştirakı ilə sükut olub - VİDEO

3923
Bakıda "Qarabağ" və Fransanın "Nant" komandalarının arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyununda azarkeşlərin iştirakı ilə sükut olub.



Bakupost.az -ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda fanatlar qarşılaşma başlamamışdan əvvəl Ermənistanla sərhəddə hərbi əməliyyatlar zamanı şəhid olan Azərbaycan hərbçilərinin xatirəsini yad ediblər.



"İmarət" azarkeş qrupunun üzvləri "Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün. İgid əsgər, möhkəm dayan" pankartı açıblar.



Albaniyalı baş hakim Enea Yorqyi qərar verməsə də, futbolçular da sükut ediblər.



"Köhlən atlar" daha əvvəl bu təşəbbüslə UEFA-ya müraciət etsə də, rədd cavabı alıb.




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər