Ru
14:47 / 23 Noyabr 2022

Sirroz olmaq üçün nə qədər içməlisən? - Professordan dəqiq hesablama

2755
Son zamanlar Azərbaycanda qaraciyər sirrozu xəstələrinin sayı artır. Bir çoxları sirroz eşidən kimi, yəqin çox içirdi deyə düşünür.

Alkoqolun qaraciyərə mənfi təsiri təbii ki, var.


Amma hansı dozada, miqdarda və nə qədər içki siroza səbəb olur?




Bakupost.az -ın məlumatına görə, alim, professor Musa Qəniyev bildirib ki, spirtli içkilərin yüksək dozada uzun illər boyu mütəmadi qəbulu, yalnız 10-20% nisbətdə sirroza səbəb olur.

Yəni, hər 100 nəfərdən 10-20 nəfəri bu bəlaya mübtəla olur. Burada, alkoqolun miqdarı, fərdin cinsi, orqanizmin genetik, metabolitik və yaş xüsusiyyətləri, həmçinin bədən kütləsi indeksi (BKİ ≥30; piylənmə) də, əsas risk faktoru sayılır.


O, dəqiq hesablamalarla sirrozla içkinin arasındakı təsir əlaqə faizini hesablayıb.


“Belə hesab edirlər ki, narahatlıq doğuran hal, qəbul olunan alkoqolun miqdarıdır. İçkinin növü və tüntlük dərəcəsindən asılı olmayaraq, orqanizmdə spirtin mütləq miqdarı aşağıdakı şəkildə hesablanır. Məsələn, kimsə, yarım litr (500 ml) araq içibsə, onun bədənində spirtin faiz nisbəti (500x40= 20000) 200 ml-dir. Hər ml-də 0,79 qram alkoqol olduğundan, bu halda bədəndə spirtin mütləq miqdarı cəmi 158 qram təşkil edir. Yəni, yarım litr 40%-li araq, konyak və ya viski içilərsə, həmin şəxsin bədənində spirtin mütləq miqdarı cəmi 158 qram olur.
Hər 100 adamdan 10-20-nin sirroz olması üçün, 10 ildən artıq müddətdə insan mütəmadi olaraq, hər qəbulda 80 qramdan artıq (250 ml-dən artıq 40%-li spirtli içki) qəbul etməlidir. Hərgah bu miqdar 230 qramdan artıq (700 ml-dən artıq 40%-li spirtli içki) olarsa və zamanında digər xəstəliklərdən ölüm baş verməzsə, 20 ildən sonra sirrozun baş vermə ehtimalı 50% olur.

İndi düşünün, insan (hətta xroniki alkoqoliklər) gündəlik bu qədər spirtli içki qəbul edə bilərmi və ya onu almağa maddi imkanı ola bilərmi? Deməli, deyilən və yazılanların böyük əksəriyyəti mifdir. Əslində kimlər bu bəlaya mübtəla ola bilər?


Alkoqolla bağlı istər sirroz, istərsə də digər letal sonluqlu qaraciyər xəstəliklərinin əsasında ailə anamnezi durur. Bu hal, onun genetik faktora (ferment disfunksiyası) bağlılığını təsdiq edir. Təbii ki, ət xörəklərdən imtina- zülal çatışmazlığı (bu halda alkoqola həssaslıq artır), piylənmə, qara ciyərdə dəmirin toplanması və hepatit C kimi, spirtin fermentativ metabolizmini sürətləndirən səbəblər də bura əlavə olunmalıdır.

Etil spirtinin metabolizmini, əsasən alkoqol dehidrogenaza (ADH-1 tipi) və aldehid dehidrogenaza (ALDH2 tipi) fermenti törədir.

ALDH-nı kodlayan gen 12-ci xromosomda yerləşir. Onun ALDH2-1 və ALDH2-2 kimi iki izoferment forması vardır. Bunlardan ALDH2-2 inaktiv sayıla biləcək dərəcədə zəifdir. Bu ferment tipinə homozigot olan insanlar spirtli içkilərə meyilli olmur, əks halda, sirroz kimi letal gedişli qaraciyər xəstəlikləri bir qayda olaraq onların arasında müşahidə edilir. Zəif təsirli ALDH2 alelinə daha çox Asiya irqinə məxsus olan insanlarda (yaponlarda 24%, koreyalı və çinlilərdə 15%) rast gəlinir.

Avropa irqi, eləcə də Türk etnik qrupuna daxil olan insanlarıın demək olar ki, hamısında (<100%) aldehid dehidrogenazanın tipi, asetaldehidin sürətli (normal) parçalanmasını təmin edən ferment forması (ALDH2-1), eləcə də ADH-1-in qamma1 fenotipidır.

Odur ki, bizlərin müəyyən miqdarda, hətta mütəmadi olaraq spirtli içki qəbulunun, sirroz və ya letal sonluqlu digər qaraciyər xəstəliklərinə səbəb olma ehtimalı minimumdur. Digər tərəfdən, spirtli içkilərin orta dərəcədə qəbulu (miqdarını yazmıram) tərkibinə apoprotein A-I daxil olan yuxarı sıxlıqlı lipoproteinlərin YSLP2 fraksiyasını artırdığından, miokard infaktı riskini nəzərəçarpacaq dərəcədə azaldır.

Bunları yalnız, həqiqət olduğuna görə yazdım. Yazdım ki, müxtəlif səbəblərdən içkiyə qurşanan insanlar artıq gecdir deməsinlər. Digər, yanaşı ağır xəstəliklər tapmamışdan, bu zərərli vərdişdən əl çəksinlər. Ailələr dağılmasın, insanlar alçaldılmasın, təhqir olunmasın, intiharlar baş verməsin...

Fizioloji proseslərin icrası, yəni orqanizmin mövcud olması üçün insan bədənində hər gün 1 qramdan 9 qrama qədər endogen etil spirti sintez olunur. Odur ki, ömür böyu spirtli içki qəbul etməyənlərin belə, qan plazmasında təqribən 0,16 mq% (0,01 promilli) etanol olur. Normal halda qan plazmasında olan endogen spirtin ekvivalent miqdarı, gün ərzində təqribən 30 ml araq, 120 ml çaxır, 800 ml kvas və ya 1,5 litr kefirə müvafiqdir. Hərgah orqanizmdə endogen spirt əmələ gəlməsə (bu hal qeyri-mümkündür), daxili təlabatı ödəmək üçün insan hər saat 1-1,4 ml 40%-li etanol (araq; gün ərzində 24-34 ml) içməlidir.

Yaş artdıqca orqanizmdə endogen etanolun əmələ gəlməsi minimuma enir (qoca yaşda depresiyaya düşmə). 91 yaşdan sonra isə artıq o məsələ...

Bax, 95 yaşlı cərrahın 30 qram içmək tibbi göstərişdir deməsi, məhz buna görədir".


Aygün Musayeva
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər