Dehlidə 23 yaşlı gənc qarnında güclü ağrı ilə xəstəxanaya yerləşdirilib.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, müayinələr zamanı onun nazik bağırsağında yad cisim aşkar edilib.
Bağırsağa yapışan və hələ də sağ olan 4 santimetrlik tarakan endoskopik yolla çıxarılıb.
Xəstənin vəziyyəti yaxşıdır.
Həzm orqanlarına və qarın boşluğuna həşərat düşməsi həyati təhlükəlidir. Xəstə və həkimlər üçün qaranlıq qalan bir məsələ var: tarakan gəncin orqanizminə necə keçib? Ehtimal olunur ki, ya xəstə onu qida ilə birgə udub, ya da yatanda ağzı açıq qaldığından tarakan ordan onun mədəsinə keçib.
Aygün Musayeva, BakuPost