Bayden administrasiyasının 2018-ci ildə Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda öldürülən Camal Qaşıqçı məsələsində Səudiyyə vəliəhdi Salmana toxunulmazlıq verilməsi tələbi sərt reaksiyaya səbəb olub.
Bakupost.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu qərar Şahzadə Salmanın qətlə görə məsuliyyət daşıması üçün son ümidləri də aradan qaldırıb.
Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyi Camal Qaşıqçının qətli ilə bağlı Şahzadə Salmana toxunulmazlıq verilməsi üçün məhkəməyə müraciət edib.
Müraciət dövlət administrasiyasının başında duran şəxsin toxunulmazlıq dairəsinə aid edilməli olduğu ilə əsaslandırlıb.
Qaşıqçının nişanlısı Xədicə Çingiz Şahzadə Salmana toxunulmazlıq verilməsi ilə bağlı Tvitter hesabında paylaşım edib.
“Camal bu gün bir daha dünyasını dəyişdi. Bayden qatilə toxunulmazlıq verərək onu xilas etdi. O, cinayətkarı xilas edib və cinayətin ortağı olub”, - deyə Xədicə Çingizin paylaşımında deyilir.
Aynur,
BakuPost