Ru
21:28 / 27 Sentyabr 2024

Qasırğa ABŞ-də 2 milyona yaxın insanı işıqsız qoydu

Qasırğa ABŞ-də 2 milyona yaxın insanı işıqsız qoydu
Eye

“Helen” qasırğası ABŞ-nin bir sıra ştatlarında elektrik enerjisinin kəsilməsinə səbəb olub.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, Floridada 1,3 milyona yaxın, Corciya ştatında 500 mindən çox, Cənubi Karolina ştatında 110 min, Şimali Karolina ştatında isə 30 min insan işıqsız qalıb.

“Helen” qasırğası cümə axşamı günü yerli vaxtla saat 23:10-da Florida ştatının şimalına çatıb. Qasırğanın mərkəzində küləyin sürəti saatda 225 kilometr olub. Leysan yağışları səbəbindən bölgədə daşqınlar baş verib. Təbii fəlakət nəticəsində azı üç nəfərin öldüyü bildirilir.

Hazırda sürəti saatda 145 kilometrədək zəifləyən qasırğanın şənbə günü Tennessi ştatına çatacağı gözlənilir. Florida, Corciya, Şimali Karolina, Cənubi Karolina, Alabama və Virciniya ştatlarında fövqəladə vəziyyət rejimi elan olunub.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar