Azərbaycanın tanınmış yazarı Varis Yolçuyev Yardımlı şəhərində olub.
Bakupost.az xəbər verir ki, o burada gördüyü acınacaqlı vəziyyətlə bağlı paylaşım edib.
Həmin paylaşımı təqdim edirik:
"Neft səltənətinin gözdən uzağa düşmüş övladıdır Yardımlı. Çox məyus oldum ora səfər edərkən. Şəhər adlı ucqar kənddən də ucqar bu məkanda qonaq qarşılamaq üçün üstünə “otel” yazdıqları yer bir otaqda yanaşı düzülmüş səkkiz çarpayıdan ibarətdir ki, döşəkağıların kirdən rəngi belə seçilmir, kəsif tər qoxusu tavanlara hopub, isti suyu, qızdırıcısı yoxdur, içəridəki odun peçini yandırırlar, tüstüdən boğulursan səhərə kimi.