Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev konstitusiyaya dəyişiklik edilməsi haqqında qanun imzalayıb.
Bakupost.az xarici mətbuata istinadən xəbər verir ki, qanuna görə, Qazaxıstanda prezidentlik müddəti 7 illə məhdudlaşdırılıb.
Eyni zamanda, müvafiq qanunla Qazaxıstan paytaxtının adı dəyişdirilib və yenidən Astana adlandırılıb.