Ru
09:39 / 16 İyun 2025

Qəbələdə DƏHŞƏT: həmkəndlisini dəhrə ilə öldürdü

Qəbələdə DƏHŞƏT: həmkəndlisini dəhrə ilə öldürdü
Eye

Qəbələdə qətl hadisəsi baş verib.


Bakupost.az "APA"ya istinadən xəbər verir ki, hadisə dünən 19 radələrində Solquca kəndi ərazisində baş verib.

Kənd sakini 39 yaşlı Teymur Eynulla oğlu Səfərəliyev münaqişə zəminində həmkəndlisi, 51 yaşlı Dəmir Rəsul oğlu Ayvazovun baş nahiyəsinə dəhrə ilə zərbə endirib.

Ağır xəsarət alan kişi hadisə yerində ölüb. T.Səfərəliyev könüllü olaraq polis şöbəsinə gedərək təslim olub.

Faktla bağlı araşdırma aparılır.

İlkin ehtimallara görə, hadisə söyüş üstündə baş verib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar