Ru
21:56 / 21 İyul 2022

"Qəbələ"nin futbolçusu rəqib oyunçu ilə toqquşdu, dili qatlandı - ANBAAN VİDEO

"Qəbələ"nin futbolçusu rəqib oyunçu ilə toqquşdu, dili qatlandı - ANBAAN VİDEO
Eye

"Qəbələ"nin futbolçusu İlkin Qırtımov Macarıstanda "Fehervar"a qarşı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda ağır zədə alıb.


Bakupost.az bildirir ki, rəqib oyunçu ilə toqquşmadan sonra 32 yaşlı müdafiəçinin dili qatlanıb.


Ona ilk yardımı komanda yoldaşı Asif Məmmədov göstərib. "Qırmızı-qaralar"ın kapitanı dərhal müdaxilə edərək, Qırtımovun həyatını xilas edib.


Futbolçu meydançanı xərəkdə tərk edib. Onun əvəzinə oyuna Rüfət Əhmədov daxil olub.


Qeyd edək ki, hazırda matçda ilk hissə oynanılır və hesab bərabərdir - 1:1.




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar