Ru
20:04 / 12 Sentyabr 2026

Azərbaycanda qızıl ucuzlaşıb? - Yeni rəqəmlər

Azərbaycanda qızıl ucuzlaşıb? - Yeni rəqəmlər
Eye

Sentyabrın 7-dən 11-dək Azərbaycanda bir troya unsiyası (31,1034768 qram) qızılın qiyməti 112,489 manat və ya 1,5 faiz azalıb.

"Bakupost" xəbər verir ki, bu barədə Publika.az Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında hesablamalar aparıb.

Hesablamalara görə, bir troya unsiya qızılın həftəlik orta qiyməti əvvəlki həftə ilə müqayisədə 38,3299 manat və ya 0,5 faiz azalaraq 7465,1012 manat təşkil edib.

Bir troya unsiya qızılın qiyməti:

Həftə ərzində Azərbaycanda bir troya unsiya gümüşün qiyməti 3,6474 manat və ya 3,3 faiz azalıb.

Bir troya unsiya gümüşün orta həftəlik qiyməti əvvəlki həftə ilə müqayisədə 0,20498 manat və ya 0,2 faiz artaraq 112,23436 manat təşkil edib.

Bir troya unsiyası gümüşün qiyməti:

Həftə ərzində Azərbaycanda bir troya unsiyası platinin qiyməti 29,087 manat və ya 1 faiz azalıb.

Bir troya unsiyası platinin orta həftəlik qiyməti əvvəlki həftə ilə müqayisədə 75,7299 manat və ya 2,5 faiz artaraq 3111,2057 manat təşkil edib.

Bir troya unsiyası platinin qiyməti:

Həftə ərzində Azərbaycanda bir troya unsiyası palladiumun qiyməti 173,6295 manat və ya 7,3 faiz azalıb.

Bir troya unsiyası palladiumun orta həftəlik qiyməti əvvəlki həftə ilə müqayisədə 0,4 faiz azalaraq 2310,2367 manat təşkil edib.

Bir troya unsiyası palladiumun qiyməti:


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar