Ru
21:00 / 22 Aprel 2022

Qədr gecəsinin dəqiq vaxtını göstərən 10 əlamət - Həmin gecə nələr baş verib?

66135
Qədr gecəsinin Ramazanın son 10 günündən birində olduğunu deyən Məhəmməd Peyğəmbər özü onun dəqiq vaxtını bilirdi.

Lakin müəyyən səbəblərdən ümməti üçün bu vaxtı açıqlamadı.


Bəzi mənbələrdə, səhabələrdən hədislərdə bu gecənin əlamətləri barədə məlumatlar verilib.

Belə ki, Qədr gecəsində havada və təbiətdə bəzi xüsusi hadisələr baş verir.


Bakupost.az Qədr gecəsinin özünəməxsus əlamətlərini təqdim edir:


Deyilənə görə, Qədr gecəsi ağacdakı yarpaqların belə səsinin eşidilmədiyi qəribə bir sükut çökür. Bu gecənin yarısında bir neçə saat olur.

Həmin gecə itlər hürmür. Hava çox mülayim, xəfif, yüngül olur. Lakin bəzi mənbələrdə həmin gecə gur yağış yağdığı deyilir.

Havada gecəyarı qəribə bir nurlu işıq olur. Bu ay işığından fərqlənir. Həmin gecə dan söküləndə günəş şəfəqsiz doğur.





Bəzi səhabələr Qədr gecəsinin olduğunu yuxuda biliblər. Allah dilədiyi insana yuxuda həmin gecəni göstərir.

Peyğəmbər buyurub ki, Qədr gecəsini Ramazanın son 10 günündə tək gecədə (tək tarixdə) axtarın.


Bir mənbədə 21-ci gecədə şiddətli yağış yağdığı deyilir.

Hətta yağış o qədər güclü idi ki, Rəsullulahın səcdə etdiyi yerə axdı. Çoxunun ətəyi, üstü yaş, palçıq oldu.

Sübh namazında Peyğəmbərin alnında, burnunda palçıq izləri vardı.




Qədr gecəsi insan ruhu elə hala gələr ki, sanki zaman dayanır, insan vaxtı, zamanı itirir, ətraf sanki donur, qəribə bir boşluğa düşdüyünü, sanki Yerdə olmadığını hiss edirsən.


O gecə namaz və dualar daha asan başa gələr, insan dua etməyə həvəslənər.

Deyilənə görə, həmin an insan nə niyyət edib, taleyi üçün nə istərsə, Allah tərəfindən duası qəbul olunar.



Aygün Musayeva
BakuPost




Şərhlər
  • QƏHRƏMANLI

    Allahın salamı sizədə olsun

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər