Ru
18:05 / 21 May 2025

Qəfil ürək ölümünü beşqat artıran peşə AÇIQLANDI

Qəfil ürək ölümünü beşqat artıran peşə  AÇIQLANDI
Eye

Peşəkar bodibildinqlə məşğul olan şəxslərin həvəskar bodibildinqçilərlə müqayisədə gizli ürək problemlərindən qəfil ölmə ehtimalı 5,2 dəfə çoxdur.

Bakupost.az xəbər verir ki, bu barədə İtaliyanın Padua Universitetinin alimi Marko Vekkiato və onun həmkarları belə nəticəyə gəliblər.

Alimlər bildiriblər ki, qəfil ürək ölümünün mümkün səbəblərinə ürək divarlarının qalınlaşması və ya kardiomeqaliya, yəni orqanın özünün genişlənməsi daxil ola bilər.

Tədqiqatçıların fikrincə, peşəkar bodibildinqçiləri həvəskarlardan fərqlərdən əsas cəhətlərdən biri də onların bəzən anabolik steroidlərdən istifadə etməsidir.

Digər risk amillərinə güc məşqləri, sərt pəhrizlər və turnirlərdən əvvəl arıqlamaq üçün orqanizmin susuzlaşdırılması daxildir.

Lalə,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar