Ru
13:05 / 07 İyun 2022

Qərbi Kaspi Universiteti təkrar ali təhsil üzrə qəbul elan edir

3218
Qərbi Kaspi Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi qaydası”na müvafiq olaraq 2022/2023-cü tədris ili üçün aşağıda göstərilən ixtisaslara təkrar ali təhsil üzrə qəbul elan edir:

1. İqtisadiyyat *
2. Maliyyə *
3. Mühasibat *
4. Menecment
5. Turizm işinin təşkili *,
6. Marketinq
7. Biznesin idarə edilməsi
8. İnformasiya texnologiyaları
9. Kompüter mühəndisliyi *
10. Ekologiya
11. Biologiya
12. Meşəçilik *
13. Politologiya *
14. Beynəlxalq münasibətlər
15. Dövlət və bələdiyyə idarəetməsi
16. Psixologiya *
17. Fəlsəfə
18. Tarix *
19. Sosial iş
20. Dizayn
21. Filologiya
22. Tərcümə

(Qarşısında * işarələri qoyulmuş ixtisaslarda həm də qiyabi təhsil forması mövcuddur)

Təkrar ali təhsil ödənişli formada müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla Qərbi Kaspi Universiteti arasında bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir.


Təkrar ali təhsil müvafiq ixtisas üzrə bakalavriat səviyyəsi üçün mövcud olan baza təhsil proqramlarının əsasında aparılır.

Tələb olunan sənədlər:


• ərizə
• ali təhsil haqqında sənədin (diplomun və ona əlavənin) notariat qaydada təsdiq edilmiş surəti;
• əmək kitabçasının surəti (işlədiyi halda);
• 3 x 4 sm ölçüdə 6 ədəd fotoşəkil;
• şəxsiyyət vəsiqəsinin surəti;
• Oğlanlar üçün hərbi bilet və ya SHXÇDX-də hərbi qeydiyyat haqqında vəsiqənin surəti
• Sağlamlıq haqqında arayış


Qeyd: Xarici ölkələrin ali təhsil müəssisələrinin məzunları aldıqları ixtisasların Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi barədə Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamə təqdim etməlidirlər.


Təkrar ali təhsil almaq üçün universitetə sənəd vermiş şəxslərlə müsahibə aparılır. Müsahibədən uğurla keçənlər müqavilə yolu ilə təkrar ali təhsil almaq üçün müvafiq ixtisaslar üzrə tələbələr sırasına qəbul edilirlər.

Təhsil əyani və qiyabi formalarda həyata keçirilir.
Təhsil Azərbaycan və Rus dillərində aparılır. Təhsil müddəti əvvəlki baza təhsil proqramı ilə yeni ixtisasın baza təhsil proqramı arasındakı fərq nəzərə alınmaqla müəyyən edilir. Təhsilini müvəffəqiyyətlə başa vuranlara dövlət nümunəli Bakalavr Diplomu veriləcək.

Sənədlər 20.06.2022 -ci il tarixdən – 31.08.2022-ci il tarixədək iki ünvanda qəbul edilir:
Əhməd Rəcəbli küçəsi, III paralel/21 və İstiqlaliyyət 31 (İçərişəhər korpusu)


Ünvan: Qərbi Kaspi Universiteti, Əhməd Rəcəbli küçəsi, III paralel/21
Əlaqə nömrələri: (012) 565-39-76 / daxili - 116
Elektron ünvan: [email protected]
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər