Ru
11:18 / 14 Noyabr 2022

Qərbi Kaspi Universitetinin professoru Kanadada UIAA-nın toplantısında iştirak edib

6746
Qərbi Kaspi Universitetinin professoru Hüseyn Bağırov Beynəlxalq Dırmanma və Dağçılıq Federasiyasının (UIAA) toplantısında iştirak edib.


Bakupost.az bildirir ki, toplantı UIAA Baş Assambleyası tərəfindən Kanadanın Banff şəhərində Kanada Alp Klubunun (ACC) ev sahibliyi ilə baş tutub. İştirakçılar Assambleyanın fəaliyyəti, prioritetlərini müzakirə edib, növbəti il üçün proqramı nəzərdən keçiriblər, eyni zamanda federasiyanın komissiyalarının üzvlüyünə seçkilər keçirilib.


Qeyd edək ki, Beynəlxalq Dağçılıq və Dırmanma Federasiyası (UIAA) dünya miqyasında alpinizmin inkişafını və qorunmasını təbliğ edən nüfuzlu təsisatdır. Hüseyn Bağırov Federasiyada Dağların Mahafizəsi Komisiyasının üzvüdür.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər