Ru
15:15 / 17 Aprel 2024

Qəzzada ölənlərin sayı 34 minə çatır - Dəhşətli fotolar

786

Qəzzada ölənlərin sayı 34 minə çatır.


Bakupost.az xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 194 gündür Qəzza zolağına hücumları ilə bağlı məlumat verilib.


Açıqlamada son 24 saatda daha 56 fələstinlinin həyatını itirdiyi, 89 fələstinlinin isə yaralandığı bildirilib.


Bununla da, 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 33 min 899-a, yaralıların sayı isə 76 min 664-ə yüksəlib.


Bəyanatda həmçinin dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.


Elnur
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər