“Qırmızı körpü”yə yaxın kəndləri sel basdı - VİDEO
7380
Gürcüstanda sel daşqınları həyatı iflic edib.
Bakupost.az xəbər verir ki, sel azərbaycanlıların kompakt yaşadığı Marneuli, Bolnisi, Dmanisi və Tetriskaro rayonlarında ciddi fəsadlara səbəb olub. Xram və Debet çaylarının daşması nəticəsində 15 kəndlə əlaqə kəsilib. Kəndlərlə təsərrüfata ciddi ziyan dəyib, elektrik enerjisi kəsilib.
Bakupost.az Qırmızı körpüyə yaxın olan Muğanlı kəndindən görüntüləri təqdim edir: