Ru
11:22 / 29 Avqust 2019

Qırmızı şərabın faydaları

Qırmızı şərabın faydaları
Eye

Qırmızı şərabın normal dozada istifadəsi bağırsaq mikroflorasına müsbət təsir edir, xolesterinin səviyyəsini aşağı salır və hətta bədən çəkisinə təsir göstərir. Bunu London Kral Kollecinin əməkdaşlarının yeni araşdırması üzə çıxarıb.



BakuPost "Gastroenterology” nəşrinə istinadən xəbər verir ki, araşdırma gedişatında pivənin, sidrin, qırmızı və ağ şərabın bağırsağa olan təsiri yoxlanılıb. İnsan orqanizmi üçün yalnız qırmızı şərabın faydalı olması məlum olub. O, təhlükəli xolesterinin səviyyəsini aşağı salır və piylənmə riskini azaldır.



Elmi işin müəllifi həkim Kerolayn Le Royun sözlərinə görə, qırmızı şərabın normal dozada istifadəsi bağırsaq mikroflorasının müxtəlifliyinə və sağlamlığına təsir göstərir.  



Aparılan eksperimentin iştirakçıları fərqli çəkiyə, cinsə, yaşa, qidalanma rejiminə malik olsalar da, qırmızı şərabın normal dozada istifadəsinin faydası bütün hallarda qeydə alınıb. Tibb mütəxəssisləri şərabın sağlamlığa yaxşı təsir göstərməsi üçün ondan iki həftədə bir dəfə - 1-2 bakal istifadə etməyi məsləhət görüb.

Şərhlər
  • Elman

    Caxirin goresende doqurdan neyese xeyri var ?

  • Huseynov HUSEYN

    Her hefte onsuz icirem ????

  • Sürəyya Əliyeva

    Ömrümdə 1ci dəfə dünən 1 stakan içdım və faydasına baxdım.Faydalı içki imiş.

  • Orxan Veliyev

    Her gun caxir icrem

  • Orxan xeliliv

    Yaxṣi vurag

  • Xəyala Nagiyeva

    Çaxır necə içki di?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar