Ru
17:45 / 13 Sentyabr 2022

“Qisas”a bənzər antiterror əməliyyatı aparılmalıdır - Deputat

“Qisas”a bənzər antiterror əməliyyatı aparılmalıdır - Deputat
Eye

“Ermənistanın son təxribatları gözlənilən idi. Rusiyanın başı Ukraynaya qarışdığına görə özünün vəziyyəti belə ümidverici görünmür. KTMT-yə daxil olan digər dövlətlər də Ermənistanın bu avantürasına getməyəcək. Həmin ölkələrlə Azərbaycan arasında dostluq münasibətləri var”.

Bunu Bakupost.az -a açıqlamasında Ermənistanın sərhəddə son təxribatları ilə bağlı danışarkən millət vəkili Fəzail Ağamalı deyib.

O, yeni təxribatlarda erməni diasporunun əli olduğunu istisna etməyib:




“Ermənistan hiyləgər, məkirli, riyakar, müstəqil fikri olmayan, dünyanın ayrı-ayrı dövlətləri tərəfindən idarə olunan bir ölkə olduğunu göstərməyə davam edir. Ermənilərə məxsus spesifik xüsusiyyətləri özündə ifadə edən Paşinyan ən müxtəlif platformalarda sülhün tərəfdarı olduğunu deyir, amma təxribatlara son qoymaq istəmir. Erməni mətbuatı, eyni zamanda ayrı-ayrı siyasətçilər, deputatlar özlərinə haqq qazandırmaq üçün təxribatı Azərbaycanın üstünə atmağa çalışır. Dezinformasiya, yalan, hiylə ermənilərin həyat tərzi və dövlət siyasətidir. Ermənistan ayrı-ayrı güc mərkəzlərilə bərabər erməni diasporu tərəfindən idarə olunur. Ermənistanı zəlil günə qoyan elə onun diasporudur. Diaspor bu işləri təşkil edir, istiqamət verir, daha sonra ayrı-ayrı dövlətlərin rəsmi qurumlarını, siyasətçilərini, dövlət adamlarını Azərbaycana qarşı yönəldir. Bunlar düşünülmüş hərəkətlərdir”.

F.Ağamalı qeyd edib ki, Ermənistan regionda sülhün və təhlükəsizliyin yaranmasına mane olur:

“Ermənilərin niyyəti Azərbaycanla sülh sazişinin bağlanmasını uzatmaq, Qarabağda problemin qalmasını təmin etməkdir. Eyni zamanda sərhəd məsələlərinin həllini, həmçinin Zəngəzur dəhlizinin açılmasını da istəmirlər. Beləliklə, regionda sülhün, təhlükəsizliyin yaranmasına mane olurlar. Onlar faşist düşüncəli barbar tayfadır. Bunun yeganə əlacı Ermənistanın dövlət kimi sıradan çıxmasıdır.

Millət vəkili onu da əlavə edib ki, “Qisas”a bənzər antiterror əməliyyatı təkrar aparılmalıdır:


“Qarabağda Ermənistan və separatçıların silahlı dəstələrini, tör-töküntülərini məhv etmək üçün “Qisas” əməliyyatına bənzər antiterror əməliyyatı aparılmalıdır. Bununla yanaşı, Ermənistanla Azərbaycan arasında təhlükəsizlik zonası yaradılmalıdır. Hadisələrin gedişi, Azərbaycanın gücü, dövlətin qüdrəti, Ali Baş Komandanın qətiyyəti, Silahlı Qüvvələrin igidliyi və qəhrəmanlığı nəinki ermənilərin təxribatına son qoyacaq, eyni zamanda Ermənistan dövlətini elə bir sarsıdıcı zərbə vuracaq ki, o bir dövlət kimi yaşamaq imkanlarını itirəcək”.


Fəridə
Baku Post

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar