Ru
10:46 / 08 Avqust 2022

Qiymət artımına təsir edən əsas amil... - Ekspert açıqladı

2676
“İşğaldan azad olunan ərazilərdə ilk növbədə işgüzar mühit formalaşdırılmalıdır. Eyni zamanda, bu ərazilərə investisiya yatırımı artırılmalıdır. Büdcədənkənar vəsaitlərin, beynəlxalq maliyyə institutlarının, yerli və xarici investorların Qarabağa cəlb olunması vacibdir. Yalnız bu halda həmin bölgələrdə və bütövlükdə ölkədə yerli istehsalın inkişafına nail ola bilərik”.


Bunu Bakupost.az -a açıqlamasında iqtisadçı-ekspert Elşad Məmmədov deyib.


Ekspert vurğulayıb ki, fundamental iqtisadi proseslər hesabına yüksək maaşlı yeni iş yerləri yarana və istehsal arta və ixracatımız şaxələnə bilər: “Bu halda inflyasiya ilə mübarizə də​ effektiv olar. Odur ki, bütün bu proseslərə sistemli və kompleks yanaşmalar olmalıdır”.




İqtisadçı qeyd edib ki, hazırda dünyada inflyasiyanın kəskin artdığı müşahidə edilir: “Azərbaycanda qiymət artımına təsir edən əsas amil dünya bazarında qiymətlərin sürətlə artmasıdır. Bu, ölkə iqtisadiyyatına inflyasiyanın idxal olunmasına səbəb olur. Nəticədə biz görürük ki, dünya bazarında artan qiymətlər Azərbaycana da təsir edir".


Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər