Ru
09:30 / 04 Noyabr 2026

Qızıl bahalaşmağa bahalaşdı

Qızıl bahalaşmağa bahalaşdı
Eye

ABŞ-də ara seçkilərin ilkin nəticələri fonunda qızılın qiyməti 0,9 faizədək artaraq bir unsiya üçün 3 960 dolları ötüb.

“Bakupost” xəbər verir ki, Demokratların hər iki palatada mövqelərini gücləndirməsi dolların və ABŞ dövlət istiqrazlarının gəlirliliyinin azalmasına səbəb olub. Dollar indeksi 0,4 faizədək geriləyib.

İnvestorlar seçkilərin Prezident Donald Trampın büdcə siyasətinə və dövlət xərclərinə təsirini qiymətləndirirlər.

Gümüşün qiyməti 0,8 faiz azalaraq 49,42 dollara düşüb. Platin və palladium da cüzi ucuzlaşıb.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar