Ru
16:37 / 25 May 2022

“QMİ bu qiymətlərlə insanları Həccə həsrət qoyacaq” - Qurum 5800 manat əlavə pul alır?

4331
“İki illik pandemiya fasiləsindən sonra Azərbaycan müsəlmanlarına ən böyük “sürpriz”i Qafqaz Müsəlmanları İdarəsi etdi. Bu ilin Həcc ziyarəti qiymətləri ziyarət arzusunda olan hər bir inanclı şəxsi bundan belə bunun həsrətində qoyacaq”.


Bu sözləri Bakupost.az -a açıqlamasında ilahiyyatçı İsmayıl Əhməd deyib.


İlahiyyatçı Həcc ziyarətinin qiymətinin bahalığından şikayət edib:



“Bu il Həcc ziyarətinin qiyməti 9202 manat olub. Bu rəqəm nəyindir? Gəlin qiymətlərə nəzər salaq: Tutaq ki, Bakı-Məkkə-Bakı aviareysi 650 manata başa gəlir. 9202 -650= 8552 manat.

15 günlük ziyarət müddətində hotelin 1 gününü 100-150 manat götürək. 15×150= 2250 manat.
8552-2250= 6302 manat.


Bundan adambaşına 500 manat da əlavə gözlənilməyən xərclərə çıxaq. 6302-500= 5802 manat.


Bəs QMİ bunu necə hesablayır ki, belə bir məbləğ yaranır?


Orta əməkhaqqı 450-500 manat olan bir ölkədə vətəndaş heç nə yeyib içməsə, - bu da mümkün deyil - həmin məbləği 10 aya toplaya bilər. Hələ nəzərə almaq lazımdır ki, evdə olmadığı müddətdə heç olmazsa, 500 manat ailəsinin xərcinə, 1500-2000 manat da oradakı əlavə xərclərinə sərf etməlidir. Bu hesabla bu illik Həcc ziyarəti bir azərbaycanlıya 9202+500+1500=11202 manata başa gələcək. Allahın dini həyat tərzindən ticarətə çevrilir, belə olduğu halda isə bir zəvvarın rahat mənəvi qida almasından söhbət belə gedə bilməz”.

Xatırladaq ki, bu il Azərbaycana Həcc ziyarəti üçün 680 nəfərlik kvota ayrılıb və qiyməti 5350 ABŞ dollarıdır.

Həcc ziyarətinin iyunun 24-dən iyulun 20-nə qədər olan müddətdə həyata keçirilməsi gözlənilir.


Fəridə
Baku Post
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
  • Rəhim

    QMİ-nin rəisi, müdiri, direktoru və nəhayət Şeyxülislamı Hacı Allahşükür Paşazadə dəyişməyincə, nəinki bu məsələ, çox məsələlər düzəlməyəcək. "Təzəpir"də 9 dənə mərasim zalı gecə-gündüz işləyir, həcc və digər ziyarətlər, axund təyinatları, pirlərdən, ziyarətgahlardan yığılmalar və s. və i... bütün bunlar əvvəlki şüyxlərin vaxtında olmayıb. Belə ki, hələ 1990-cı ildə mən ilk dəfə Təzəpirdə olanda məsciddən başqa dəstəmaz almağa yer və təbii ki, sanuzel, bundan başqa QMİ-nin idarə binası birmərtəbə cəmi 2-3 otaqdan ibarət sadə bir tikili...indiki cah-cəlal isə, göz qamaşdırır...və şeyx də fikirləşir ki, bunu necə övladlarıma ötürüm....və ötürəcək də...

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər