Ru
10:56 / 18 Oktyabr 2022

Qrammatik səhvlər romantikanı bitirir - Araşdırma

10601
İngiltərədə aparılan bir araşdırmaya görə, tanışlıq zamanı mesajlaşarkən qrammatik səhvlərə yol vermək cütlüklər arasındakı romantizmi öldürür.

Bakupost.az xarici mediaya istinadla xəbər verir ki, tanışlıq proqramı olan “Badoo” tərəfindən mindən çox insan arasında aparılan sorğu nəticəsində məlum olub ki, subay britaniyalıların 69 faizi tanışlığın ilkin mərhələlərində pis yazılmış mesajları oxumur.


Araşdırmanın bir hissəsi olaraq, onlayn tanışlıq mesajlarının 49 faizi çox az və ya heç bir durğu işarəsi olmadan göndərilib. Bu insanların 42 faizi məktəbli səviyyəsində qrammatik səhvlərə yol verildiyi üçün mesajlaşmağı dayandırıb.


İnsanların 44 faizi səliqəsiz yazıya görə hətta bir insanı tərk edəcəklərini söyləyiblər. Onlar bunu belə əsaslandırır ki, mesaj yazarkən insanın imla səhvləri etməsi tənbəlliyin göstəricisidir.


Araşdırma nəticəsində tanışlıq zamanı mesajlaşan insanlara qrammatika və durğu işarələri qaydalarına diqqət yetirmələri, jarqon, ixtisar və emojilərdən çəkinmələri tövsiyə olunub.

Günel
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər