Ru
16:15 / 23 Aprel 2024

"Qriqoryanın təklifləri təhlükəlidir" - Noyemberyan merinin müavini

1063
"Dünən hökumət binasında Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanla görüş keçirildi. Orada təqdim olunan təkliflər və hərəkətlər, ilk növbədə, Noyemberyan icması, bütövlükdə Ermənistan Respublikası üçün əlavə təhlükəsizlik problemləri yaradacaq".

Bakupost.az "Novosti Armeniya"ya istinadla xəbər verir ki, bunun aprelin 23-də Noyemberyanda vətəndaşlara görüşlə bağlı məlumat verən şəhər merinin müavini Mqer Ağamyan bildirib.

Onun sözlərinə görə, onlar baş verənləri birtərəfli güzəştlər kimi qiymətləndirib və bundan sonra danışıqlar və prosesdə iştirak etməyəcəklərini rəsmən bəyan ediblər.

“Üzr istəyirəm, amma təfərrüatları açıqlamayacağam, çünki dövlətimizə və dövlətçiliyimizə xələl gətirəcək dövlət sirləri ola bilər”, - deyə Ağamyan bildirib.

Xatırladaq ki, aprelin 19-da Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası üzrə komissiyalar Tavuş vilayətindən sərhədin demarkasiyasına başlamaq barədə razılığa gəliblər.

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər