Ru
20:00 / 24 İyun 2024

Qubada sel Qusarçayın sahilini yuydu, yol çökdü

Qubada sel Qusarçayın sahilini yuydu, yol çökdü
Eye

Qusarçaya davamlı gələn güclü sel nəticəsində çayın sahili yuyulub və Qubada asfalt yol çöküb.

Bakupost.az xəbər verir ki, Samur-Abşeron kanalını qidalandıran su kanalının kənarı ilə çəkilən asfalt yoldan Quba və Xaçmazın bir sıra kəndlərinin sakinləri istifadə edir. Çökmə intensiv hərəkət müşahidə olunan yolun iki hissəsində baş verib.

Çay sahilinin yuyulması nəticəsində yüksəkgərginlikli elektrik xəttinin dirəyi üçün də təhlükə yaranıb.

Hazırda Quba suvarma sistemləri idarəsinin ağır texnikaları çayın məcrasında suyun istiqamətini dəyişmək üçün işləyir.

Çayda suyun səviyyəsi azalandan sonra sahilbərkitmə işləri həyata keçiriləcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar