Hansı bank etibarlıdır? - SORĞU
Ru
19:41 / 25 Noyabr 2024

Quranı yandırana AĞIR CƏZA

1062
Rusiyada "Quran"ı yandırmaqda təqsirli bilinən Nikita Juravelə hökm oxunub.

Bakupost.az -ın Rusiya KİV-ə istinadən məlumına görə, hökmə əsasən Nikita Juravel 13 il 6 ay azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Rusiya Federasiyası Baş Prokurorluğunun məlumatına görə , ötən ilin martında Juravel öz təşəbbüsü ilə Ukrayna təhlükəsizlik xidmətinin nümayəndələri ilə əlaqə saxlayıb və əməkdaşlıq təklif edib. Gənc Ukrayna Təhlükəsizlik Xidmətinə Rusiya hərbi texnikasını daşıyan qatarın videosunu göndərib, həmçinin hərbi hissələrdən birinə xidməti maşının hərəkəti barədə məlumat verib.

Juravel 2023-cü ilin mayında Volqoqradda məscidin qarşısında Quranı yandırdığına görə saxlanılıb. Dindirilmə zamanı o, bunu Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə pul üçün etdiyini etiraf edib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar