Ru
12:44 / 11 May 2024

Radikallar Paşinyanı devirsə, müharibə olacaq - Politoloq

2542
“Prezident İlham Əliyevin mayın 10-da Şuşa şəhərində sakinlərlə görüşdə “əgər bu gün yenə də görsək ki, Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin” açıqlamasının birinci hissəsi İrəvanda mitinq keçirən radikallara, onlara dəstək verən kilsəyə ünvanlanıb”.


Bakupost.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Prezidet İlham Əliyevin çıxışını şərh edərkən deyib.

O, daha sonra bunları əlavə edib:

“Açıqlamanın birici hissəsinin mənası budur ki, radikallar baş nazir Nikol Paşinyanı devirib Azərbaycanla mövcud razılaşmalardan itmina etsələr, sərhəddə quraşdırılan dirəkləri söksələr, bu növbəti müharibəyə gətirib çıxaracaq və ermənilərin bu dəfə itkiləri daha böyük olacaq. Erməni cəmiyyətinin iki seçimi var. Birinci seçim yürüş və mitinqi təşkil edən keşişin ardınca getmək və bununla yeni müharibəyə hazırlaşmaq, ikinci seçim əvvəlkitək baş nazir Nikol Paşinyanı və onun hökumətini dəstəkləməklə hazırki danışıqlar prosesinə tərəfdar olmaq.
İkinci Qarabağ müharibəsindən ağır dərs alan erməni cəmiyyətinin əksər hissəsinin ikinci seçimə üstünlük verəcəyi ehtimalı yüksəkdir".

Politoloq qeyd edib ki, İlham Əliyevin mesajının ikinci hissəsi Fransa və ABŞ-a yönəlib:

"Prezidentin xəbərdarlığının mahiyyəti bundan ibarətdir ki, Paris və Vaşinqton hazırki danışıqlar prosesinə mane olmamalı, əldə edilən razılaşmalara dəstək verməlidirlər. Fransa Azərbaycanla münasibətləri o qədər gərgin hala gətirib ki, Bakı ilə İrəvan arasında danışıqlar prosesini və əldə edilən müsbət nəticələri vurğulamağa üzü gəlmir. Vaşinqton isə mövcud prosesi dəstəkləməyə hazırdır. Bu mənada Vaşinqton Parisdən fərqlənir. İlham Əliyev də ikisi arasında bərabərlik işarəsi qoymur. Dövlət başçısı ən azı ABŞ rəsmiləri və diplomatları ilə dialoqu davam etdirir, Fransa ilə dialoq isə Parisin siyasəti ucbatından sıfıra endirilib”.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər