Ru
09:26 / 05 Aprel 2023

Ramazanda necə qidalanmalıyıq? - Bunları yemək olmaz

32208
Ramazan ayının gəlişi ilə tez-tez iftar və sahurda necə qidalanmaqla bağlı suallar yaranır. Bu ayda yemək yeyərkən diqqət etməli olduğumuz mühüm məqamlar var.

Bakupost.az Ramazan ayında düzgün qidalanmanı təqdim edir.

İftar zamanı orucun su ilə açılması daha düzgündür.

Yeməyə isə ilıq şorba ilə başlamaq lazımdır.

Şorbadan sonra isə yeməyə 10 dəqiqə fasilə verilməlidir. Bu sağlamlıq üçün faydalıdır. Mədə və bağırsaq sistemi rahatlaşmalı, beyin tox olduğunu anlamalıdır.

Fasilədən sonra çox yağlı olmayan tərəvəz, ət, toyuq və balıq yeyə biləsiniz. Salat və qatıq da menyuya daxil edilə bilər.

Yeməkdən sonra qidalanma və çəkiyə diqqət edənlərə gəzinti tövsiyə olunur.

Daha sonra axşam saat 10-11 arası meyvə, qatıq, südlü desert, fındıq və ya qoz yemək olar.

Sahurda piroq, düyü kimi ağır qidaların qəbul edilməməlidir.

Sahur səhər yeməyi kimi yeyilməlidir. Yumurta, pendir, duzsuz zeytun yemək olar.

Çay yerinə meyvə, süd və ya ayran istifadə edilə bilər.

İftarla sahur arasında bol su içilməlidir.

Aynur
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar