Ru
21:42 / 30 Aprel 2022

Ramazanın 30-cu günü - İmsak və iftar vaxtı, duaları

110149
Sabah Ramazan otuzuncu günüdür. 

Bakupost.az xəbər verir ki, Ramazan təqviminə əsasən, mayın 1-də imsak vaxtı saat 04:05-də, iftar vaxtı isə 19:51-dədir. 

 
İmsak duası: 

“Allahumməc-əl siyami fihi biş-şukri vəl-qəbul. Əla ma tərzahu və yərzahur-Rəsul. Muhkəmətən furuuhu bil-usul. Bihəqqi seyyidina Muhəmmədin və alihit-tahirin. Vəl-həmdu lillahi rəbil-aləmin”. 

Tərcüməsi: “İlahi, ağamız Məhəmməd və onun pak ailəsi xatirinə bu aydakı orucumu sənin və peyğəmbərinin razı qaldığı şəkildə qəbul et! Dinimizin etiqad təməllərini möhkəm qərar ver. Həmd aləmlərin rəbbi olan Allaha məxsusdur!” 

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”. 

Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”. 

Allah orucunuzu qəbul eləsin!


Şərhlər
  • Nagiyev Elvin

    CUMLEMIZ INSEALLAH

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər