Ru
15:23 / 03 Aprel 2023

Ramazanın ilk 10 günündə 9 milyondan çox müsəlman Kəbədə namaz qılıb

Ramazanın ilk 10 günündə 9 milyondan çox müsəlman Kəbədə namaz qılıb
Eye

Səudiyyə Ərəbistanı Ramazan ayının ilk 10 günündə 9 milyondan çox müsəlmanın Kəbədə namaz qıldığını açıqlayıb. Həmin dövrdə 10 milyondan çox müsəlman isə Məscid-i Nəbəvi ziyarətinə gedib.

Bakupost.az xəbər verir ki, bu il milyonlarla insan Səudiyyə Ərəbistanının Məkkə şəhərindəki Məscidül-Həramda yerləşən Kəbəni ziyarət edib.

Xüsusilə Ramazan ayında son illərin ən sıx günləri yaşanıb.

Müqəddəs məkanın həyətində addım atmağa yer qalmayıb.

Rəsmi açıqlamada qeyd olunub ki, 9 milyon 357 min 853 müsəlman Ramazan ayının ilk 10 günündə Məscidül-Həramda ümrə edib, namaz qılıb.

10,3 milyon müsəlmanın Məscid-i Nəbəvini ziyarət etdiyi və namaz qıldığı bildirilib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi martın 26-da verdiyi açıqlamada “daha çox insanın ibadət etməsinə imkan yaratmaq üçün” hər kəsin Ramazan ayında yalnız bir dəfə ümrə edə biləcəyini açıqlayıb.


Aygün
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar