Ru
23:44 / 20 Yanvar 2022

Ramiz Mehdiyev, paltonu götür və o ocağı tərk elə! - Deputat

Ramiz Mehdiyev, paltonu götür və o ocağı tərk elə! -  Deputat
Eye

Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev ötən gün keçirilən Rəyasət Heyətinin iclasında Tarix İnstitutu ilə bağlı sərt fikirlər səsləndirib. Qurum rəhbəri sözügedən İnstitutda qeyri-sağlam iş mühiti olduğunu qeyd edib.

Məsələyə Tarix İnstitutun baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov da münasibtə bildirib. O, sabah, 21 yanvarda Ramiz Mehdiyevin fikirlərinə etiraz olaraq, digər tərəfdən isə demokratik ənənələri əsas götürərək, nəinki tutduğu vəzifədən, o cümlədən, Ramiz Mehdiyevin rəhbərlik etdiyi AMEA sistemindəki bütün işləridən istefa verəcəyini bildirib.

AMEA-da yaranmış qalmaqala millət vəkili Fəzail Ağamalı da münasibət bildirib. O, bu barədə “Qafqazinfo”nun feysbuk səhifəsində şərh yazıb.

“Bütün varlığı ilə işıqlı, milli insanlarımıza qənim kəsilən “Boz kardinal” nəhayət daha bir təmiz imici olan professor, görkəmli tarixçi alim Kərim Şükürovu hədəfə alıb, utanmadan, usanmadan özünün fövqündə dayanan alimi mənəvi repressiyaya hədəfləyib. Yetər, Ramiz Mehdiyev, paltonu götür və o müqəddəs ocağı tərk elə!” - deyə deputat AMEA rəhbərinə etiraz edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar