Ru
15:30 / 17 Yanvar 2023

Ramiz Mehdiyevin general qohumu istefa verdi

Ramiz Mehdiyevin general qohumu istefa verdi
Eye

Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Telman Hüseynqulu oğlu Mehdiyevin tutduğu vəzifədən azad olunduğu barədə xəbər yayılıb.

Bakupost.az Modern.az-a istinadən xəbər verir ki, məlumatda Telman Mehdiyevin yaş həddi ilə əlaqədar öz ərizəsinə əsasən təqaüdə göndərildiyi bildirilir.

Telman Mehdiyevin Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın eks-prezidenti Ramiz Mehdiyevin yaxın qohumu olduğu söylənilir.

O, Qərb Ərazi Baş Gömrük İdarəsinin rəisi postuna 2022-ci ilin yanvarında təyinat almışdı.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar